Almaniya İsrailə dəstəyi dayandırmağa ÇAĞIRDIbackend

Almaniya İsrailə dəstəyi dayandırmağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya İsrailə dəstəyi dayandırmağa çağırıb.

İnterpress.az xəbər verir ki, Bundestaqın üzvü və Səbəb və Ədalət Uğrunda İttifaqın (BSW) lideri Sara Vaqenknext Almaniya hakimiyyətini İsrailin Livandakı BMT Müvəqqəti Qüvvələrinin (UNIFIL) mövqelərinə hücumları pisləyib və İsraillə “həmrəylik nümayiş etdirməyi” dayandırmağa çağırıb.

“Almaniya Təl-Əvivə silah verməklə bu münaqişədə törədilmiş hərbi cinayətlərə görə məsuliyyətin bir hissəsini öz üzərinə götürür”, – siyasətçi vurğulayıb.

Vaqenknext qeyd edib ki, İsrail qüvvələrinin hərəkətləri ağılasığmazdır və təkcə mülki əhali üçün deyil, həm də BMT sülhməramlıları üçün təhlükə yaradır.

“Biz bu cür qeyri-insani hərəkətlərə gəldikdə həmrəylik nümayiş etdirməyi dayandırmalıyıq”, – deputat əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az