Almaniyada HƏYƏCAN: 850 şübhəli dron uçuşu QEYDƏ ALINDIbackend

Almaniyada HƏYƏCAN: 850 şübhəli dron uçuşu QEYDƏ ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 850 şübhəli dron uçuşu qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Almaniyada hərbi obyektlər və müdafiə sənayesi müəssisələri üzərində naməlum PUA-lar aşkar edilib.

Nəşrin məlumatına görə, Almaniya Federal Cinayət Polisi İdarəsi ilin əvvəlindən oktyabrın ortalarına qədər ölkə ərazisində təxminən 850 şübhəli pilotsuz uçuş aparatının (PUA) uçuşunu qeydə alıb.

Bildirilir ki, bu uçuşlar əsasən hərbi obyektlər, müdafiə sənayesi müəssisələri və kritik infrastruktur sahələri üzərində həyata keçirilib.

Xuraman Etibarlı

İnterpress.az