Almaniyanın Vuppertal şəhərindəki Wilhelm-Dörpfeld liseyində dostlarına bıçaqla hücum edən şagird nəzarətə götürülüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Polisin Wilhelm-Dörpfeld Liseyində yerli vaxtla səhər saat 10 radələrində baş verən hadisə ilə bağlı verdiyi açıqlamaya görə, hücumda bəzi şagirdlər yaralanıb və hücumdan məsul olduğu düşünülən şübhəli saxlanılıb.
Yerli mətbuatda yer alan xəbərlərdə hadisə zamanı ən azı 4 nəfərin yaralandığı və müalicə olunduğu bildirilmiş, sinif yoldaşlarını yaralayan şübhəlinin xüsusi əməliyyat polisi tərəfindən yaxalandığı paylaşılıb.
Saxlanılan şübhəlinin də yaralandığı və xəstəxanada polis nəzarətində müalicə olunduğu açıqlanıb.
Xüsusi əməliyyat polisi məktəb ətrafında təhlükəsizlik tədbirləri görüb.