Almaniyanın təbii qaz itkisi artırbackend

Almaniyanın təbii qaz itkisi artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada üzən LNG terminallarına ayrılan büdcə iki dəfə artırılacaq.

İnterpress.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Almaniyada 2,94 milyard avro büdcəsi olan üzən LNG terminalları əlavə infrastruktur və əməliyyat xərcləri ilə birlikdə 6,56 milyard avroya başa gələcək.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi ölkənin enerji təchizatını təmin etməyə kömək edəcək üzən mayeləşdirilmiş təbii qaz (LNG) terminallarının alınması və texniki xidmətinin proqnozlaşdırılan tarifdən təxminən iki dəfə baha başa gələcəyini bildirib. Nazirlikdən verilən açıqlamaya görə, daha əvvəl 2,94 milyard avro büdcə ayrılan LNG terminallarının alınması və saxlanmasının 6,56 milyard avroya başa gələcəyi hesablanıb. Sözügedən terminallarda qiymət artımında əlavə infrastruktur və istismar xərcləri təsirli olub.

Həmçinin vurğulanıb ki, Rusiyadan qaz təchizatının azaldılması və sonradan kəsilməsi LNG terminallarına ayrılan büdcənin artırılmasını zəruri edib.