Altayda 30 ayı yaşayış məntəqəsini qorxuda SAXLAYIRbackend

Altayda 30 ayı yaşayış məntəqəsini qorxuda SAXLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Altayda 30-a yaxın ayı kəndi qorxu içində saxlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Altay Dövlət Təbiət Qoruğu məlumat yayıb.

Məlumata görə, Tayqa meşələrinin əhatəsində yerləşən kənddə hər gecə 10-a yaxın ayı küçələrdə gəzişir.

Yaşayış məntəqəsində ümumilikdə 30-dək yırtıcı heyvanın olduğu bildirilir.

Sözügedən Yaylyu kəndi Altay Dövlət Təbiət Qoruğunun ərazisində, Teletskoy gölünün sahilində yerləşir.

Yaşayış məntəqəsi avqustun 19-da turistin ayı hücumu nəticəsində həyatını itirdiyi Artıbaş kəndinin yaxınlığındadır.

Sakinlər yırtıcıların hücumundan təşvişə düşərək təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edirlər.

Xuraman Etibarlı

İnterpress.az