Alyaskada qadın 350 kiloqramlıq ayını ciu-citsu fəndləri ilə dəf edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Keytlin Leyn adlı Alyaska sakini itilə gəzinti zamanı Bolls-Fləts yaşayış məntəqəsi yaxınlığındakı çayın kənarında qəfil qəzəbli ayı ilə üz-üzə gəlib.
İti heyvanın diqqətini yayındırarkən, Leyn yamacda daha əlverişli mövqe tutmağı bacarıb və böyük yırtıcının sifətinə güclü təpik zərbəsi vurub.
Qadının sözlərinə görə, o, bir müddət ciu-citsu idman növü ilə məşğul olub və müdafiə zamanı bu döyüş növünün texnikasından istifadə edib.
Bir ayağı ilə məsafəni bloklayan, digər ayağı ilə zərbə endirən Leyn məşqin rol oynadığını, yoxsa qorunma instinkti olub-olmadığını bilmədiyini desə də, nəticədə 350 kiloqramdan ağır olan ayının hücumundan sağ-salamat qurtula bilib.
Xuraman Etibarlı
İnterpress.az






