Amerikalı aktyor De Niro mükafatlandırma mərasimindəki çıxışının dəyişdirildiyini bildiribbackend

Amerikalı aktyor De Niro mükafatlandırma mərasimindəki çıxışının dəyişdirildiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur amerikalı kino aktyoru Robert De Niro mükafatlandırma mərasimindəki çıxışında ABŞ-ın keçmiş prezidenti Donald Trampı tənqid etdiyi hissələrin ona xəbər verilmədən yığışdırıldığını bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. De Niro Nyu-Yorkda keçirilən 33-cü Gotham Mükafatlarında Leonardo DiCaprio və Lily Gladstone-un rol aldığı “Tam Ay Qatilləri” filminə mükafat vermək üçün səhnədə hazırladığı çıxışı oxumağa başlayıb.

O, sözünü yarımçıq kəsərək deyib ki, çıxışının əvvəli dəyişdirilib, kəsilib. Bundan xəbərim olmayıb. De Niro çıxışında Trampı tənqid etdiyi hissələrin ondan soruşulmadan çıxarıldığını bildirib.

Telefonunda çıxışının orijinal mətnini oxumağa davam edən De Niro Trampın “yalanlarına” toxunaraq, keçmiş prezident vəzifədə olduğu 4 il ərzində bizə 30 mindən çox yalan danışdı və yavaşlamır.