ABŞ sakinləri Tesla elektrik avtomobillərindən kütləvi şəkildə imtina edirlər.
İnterpress.az xəbər verir ki, bununla bağlı YouGov sorğu keçirib. Amerikalıların əksəriyyəti (67%) avtomobil nəhənginin məhsullarını almayacaqlarını bildirib. Onların yarıdan çoxu (56%) əsas səbəb kimi İlon Maskın davranışını göstərib.
YouGov sorğusunun nəticələrinə görə, Maska qarşı artan narazılığın əsas səbəbi onun dövlət məmuru karyerası, daha doğrusu, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində işləməsi olub.
Onun əsas federal agentliklərin bağlanması, kütləvi işdən çıxarılması və müqavilələrin ləğvi kimi siyasətləri iş adamı haqqında ictimai rəyi dəyişib.
2024-cü ilin noyabrında milyarderə münasibət kifayət qədər müsbət idi (39% mənfi reytinqə qarşı 49%), lakin 2025-ci ilin martına qədər vəziyyət dəyişib: amerikalıların 55%-i indi Maskdan xoşlanmır.
Cəmi 39 faiz ona müsbət münasibət bəsləyir. Bu, milyarderin əsas “beyin övladı” – Tesla haqqında təsəvvürə birbaşa təsir göstərib.
Hazırda respondentlərin 49%-i şirkətə mənfi, 37%-i isə müsbət münasibət bəsləyir.
Xuraman Etibarlı
İnterpress.az