Ana küçədə oğlunu diz çökdürüb ayaqlarını öpməyə MƏCBUR ETDİ – VİDEObackend

Ana küçədə oğlunu diz çökdürüb ayaqlarını öpməyə MƏCBUR ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada ana azyaşlı oğlunu küçənin ortasında diz çökdürərək ayaqlarını öpməyə məcbur edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Moskva şəhərində qadının azyaşlı oğlunu küçənin ortasında alçaltdığı görüntülər ictimaiyyətin diqqətini cəlb edib.

Məlumata görə, qadın küçədə oğlunun velosipedini əlindən alaraq onu diz çökməyə məcbur edib. Bununla kifayətlənməyən ana uşağa tərbiyə məqsədilə əllərini və ayaqlarını öpdürüb.

Bildirilib ki, qorxu içində olan uşaq qadının tələblərini yerinə yetirdikdən sonra insident başa çatıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaya başlayıb-başlamadığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az