Antidepressantlar cinsi həyatınızı həmişəlik ÖLDÜRƏ BİLƏRbackend

Antidepressantlar cinsi həyatınızı həmişəlik ÖLDÜRƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antidepressantlar cinsi həyatınızı həmişəlik öldürə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” Böyük Britaniya Milli Səhiyyə Xidmətinin həkimlərinin, cinsi təbabət və epigenetika sahəsində ekspertlərin rəylərinə istinad edərək məlumat yayıb.

Bildirilir ki, antidepressantların qəbulu kişilərdə və qadınlarda uzunmüddətli cinsi disfunksiyaya səbəb ola bilər.

Məşhur həb istehsalçıları dərmanların dəhşətli yan təsirlərinə laqeyd yanaşdıqları üçün məhkəməyə verilir.

Ümumi və tez-tez təyin olunan dərmanlar “Cipramil”, “Prozac” və “Lustral” markaları ilə tanınan sitalopram, fluoksetin və sertralindir.

Onları qəbul edərkən xəstələr cinsi əlaqədə olmaq istəyinin tam olmaması və cinsiyyət orqanlarının uyuşması ilə qarşılaşıblar, bəzi hallarda hətta ölçüsü azalıb.

Xuraman Etibarlı

İnterpress.az