“Aqrarkredit” BOKT dövlət zəmanəti ilə 700 milyon manatlıq istiqraz buraxıbbackend

“Aqrarkredit” BOKT dövlət zəmanəti ilə 700 milyon manatlıq istiqraz buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətə məxsus “Aqrarkredit” bank olmayan kredit təşkilatı (BOKT) dövlət zəmanəti ilə 700 milyon manat dəyərində istiqraz buraxıb.

Bu barədə BOKT-dan bildirilib.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 manat olan 700 milyon ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi və faizlərin ödənilməsi tezliyi açıqlanmır.

Yalnız o məlumdur ki, istiqrazları dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC alacaq. Yeri gəlmişkən, prosesin anderrayteri Bankın törəməsi – “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

“Aqrarkredit” əldə edəcəyi vəsaiti müxtəlif layihələrə yönəldəcək.