Aleksey Arestoviçə qiyabi 11 il həbs cəzası verilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Hərbi məhkəməsi Ukraynanın keçmiş prezident aparatının müşaviri Aleksey Arestoviçi qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, Arestoviç Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda və terrorçuluğa haqq qazandırmaqda təqsirli bilinib.
Xuraman Etibarlı
İnterpress.az






