Arıq insanlara hava şəraiti ilə bağlı çölə çıxmaq QADAĞAN EDİLDİbackend

Arıq insanlara hava şəraiti ilə bağlı çölə çıxmaq QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimal bölgələri və paytaxt Pekində əlverişsiz hava şəraiti səbəbilə bəzi vətəndaşlara küçəyə çıxmamaq tövsiyə olunub.

İnterpress.az xəbər verir ki, bu barədə DailyMail məlumat yayıb.

Məlumata görə, çəkisi 50 kiloqramdan az olan şəxslərə xəbərdarlıq edilib ki, güclü küləklər səbəbindən onları “asanca uçura bilər”. Bu xəbərdarlıq sosial şəbəkələrdə trendə çevrilib.

Ümumilikdə 22 milyon insana vacib olmayan səfərlərdən çəkinmək tövsiyə olunub. Bildirilir ki, bu mövsümdə Monqolustandan gələn toz və qumu daşıyan güclü küləklər ölkənin şimal və şərq bölgələri üçün səciyyəvidir.

Xuraman Etibarlı

İnterpress.az