Nijni Tagildə kişi arvadının fast-food xərclərinə əsəbiləşib havaya atəş açıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Nijni Tagil şəhərində kişi həyat yoldaşının “fast-food”a (ayaqüstü yemək) çox pul xərcləməsi səbəbindən gecə saatlarında atəş açıb.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
44 yaşlı yerli sakin xanımı ilə mübahisə etdikdən sonra tapançanı götürərək binanın həyətinə düşüb və havaya atəş açmağa başlayıb.
O, polisə ifadəsində bu hərəkəti sadəcə “hirsini soyutmaq” məqsədilə etdiyini bildirib.
Araşdırma zamanı məlum olub ki, həmin şəxsin silahın qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanı əməkdaşına hücum maddələri ilə əvvəllər iki məhkumluğu var.
Xuraman Etibarlı
İnterpress.az






