“Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanda “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
İddiada Paşinyandan arxiyepiskopun şərəf və ləyaqətini alçaltdığı bildirilən, həqiqətə uyğun olmayan açıqlamanı təkzib etməsi tələb olunur.
Söhbət baş nazirin “Vətəndaş Müqaviləsi” Partiyasının səsləri tamamilə üzvi şəkildə qazandığını, digər siyasi qüvvələrin isə səsləri yalnız rüşvət hesabına əldə etdiyini və “onlara pul verilməsəydi, heç kəs səs verməzdi” məzmunlu bəyanatından gedir.
Qalstanyan məhkəmədən, həmçinin simvolik olaraq 49,7 dram (təxminən 0,13 ABŞ dolları) məbləğində təzminat tələb edib.
Bildirilir ki, bu rəqəm “Vətəndaş Müqaviləsi” Partiyasının əldə etdiyi səs faizinə işarə kimi seçilib.
Xuraman Etibarlı
İnterpress.az






