Arzu Bağırova mükafata layiq görülübbackend

Arzu Bağırova mükafata layiq görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu xanım Bağırova mükafata layiq görülüb.

28 May Respulika günü münasibəti ilə Mətbuat firmasının təsis etdiyi “Uğur Zirvəsi” Müstəqil Milli Mükafatının təltif etmə mərasimi keçirildi.

“Yeni Gündəm” xəbər verir ki, Mətbuat firması ölkədə keçirilən bir çox mükafatlandırma mərasimlərinin təsisçisidir. Bu dəfə keçiriliən tədbir pandemiya ilə əlaqədar olaraq Lider Tv də “Eşitməyən qalmasın” verilişində təqdim olundu. Tədbirin təşkilatcı və aparıcısı Sədaqət Rəşidqızının sözlərin görə il ərzində uğur qazanmış, 44 günlük Vətən müharibəsində əzimkarlıq göstərmiş müxtəlif sahələrdən olan insanlar bu mükafata layiq görüldülər.

Mükafata layiq görülən qonağlar sırasında Reqional Hüquqi Və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovada yer alıb.

“Gündəm Media Group”un direktoru Təbriz Məhərrəmoğlu və kollektivimiz adından Arzu xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.