At əti yeyən iki ailə XƏSTƏXANALIQ OLDU – 4-ü uşaq olmaqla 8 nəfər ZƏHƏRLƏNDİbackend

At əti yeyən iki ailə XƏSTƏXANALIQ OLDU – 4-ü uşaq olmaqla 8 nəfər ZƏHƏRLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında 8 nəfər botulizmə yoluxub.

İnterpress.az xəbər verir ki, Rusiyanın Moskva vilayətində qida zəhərlənməsi ilə bağlı kütləvi hadisə qeydə alınıb.

Məlumata görə, Ramensk rayonunun Xoludenevo kəndində iki ailə Kostromadan aldıqları at ətini qızardaraq yedikdən sonra ağır vəziyyətə düşüblər. Ümumilikdə 4 böyük və 13-16 yaş aralığında 4 uşaq zəhərlənib.

Xəstələrdə ikili görmə, işıqdan qorxma, səsin batması, udqunma çətinliyi və şiddətli halsızlıq kimi botulizm əlamətləri müşahidə olunub.

Zərərçəkənlərdən birinin vəziyyəti ağır olduğu üçün o, süni nəfəs aparatına (İVL) qoşulub və ona zərdab vurulub.

Digər beş nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az