Astaranın Miki kənd sakini Fuad Salayev övladını məktəbə apara bilmək üçün min bir əziyyətə qatlaşır.
“InterPress.az” xəbər verir ki, dünən sosial şəbəkədə yayılan görüntülər müzakirələrə səbəb olub. F.Salayev videoda görünən çay üzərində körpü olmaması səbəbindən hər dərs günü bu əziyyəti çəkməyə məcbur olur.
Qarşıdan qışın gəldiyini nəzərə alsaq, bir neçə gün sonra o suya girmək mümkün olmayacaq.






