Ata və 10 yaşlı oğlu QATARIN ALTINDA QALDIbackend

Ata və 10 yaşlı oğlu QATARIN ALTINDA QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Nijni Novqorod vilayətində dəhşətli hadisə baş verib.

35 yaşlı ata və 10 yaşlı oğlu yük qatarının altında qalıb.

Yerli polisin məlumatına görə, hadisə axşam saat 8 radələrində Şaxunya şəhərində dəmiryol stansiyasında qeydə alınıb.

Hər ikisi yerindəcə dünyasını dəyişib.

Hazırda müstəntiqlər ata və oğulun qatarın təkərləri altına necə düşdüyünü müəyyənləşdirirlər.