Atlantik okeanında qasırğanın sürəti 5-ci kateqoriyaya çatıbbackend

Atlantik okeanında qasırğanın sürəti 5-ci kateqoriyaya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atlantik okeanı üzərində əmələ gələn “Li” qasırğasının sürətinin saatda təxminən 260 kilometrə qədər artaraq 5-ci kateqoriyaya çatdığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) verdiyi açıqlamada yaxın günlərdə qasırğanın intensivliyinin artacağı bildirilib.

Bildirilib ki, “Li” qasırğasının sürəti saatda təxminən 260 kilometrə çatıb və onun intensivliyi 1-ci kateqoriyadan 5-ci kateqoriyaya yüksəlib.

Açıqlamada Linin təsir edəcəyi bölgələri dəqiq müəyyən etmək üçün hələ tez olduğu ifadə edilərək, Karib dənizindəki adalara çatmasının gözlənildiyi barədə xəbərdarlıq edilib.

Digər tərəfdən qasırğanın yaratdığı okean dalğalarının bu gün Karib dənizinin şərqindəki “Kiçik Antil adaları” ada icmasına, Britaniya Virgin Adaları, Puerto Riko, Baham adaları, Turks və Kaykos adalarına da çatması gözlənildiyi bildirilib.

NHC həmçinin sentyabrın 10-da baş verən qasırğanın ABŞ-ın şərq sahillərində xoşagəlməz hadisələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.