Avetik İşxanyan: “Ala-ala gəlirlər, Ermənistan qalmayacaq“ – İşxanyanbackend

Avetik İşxanyan: “Ala-ala gəlirlər, Ermənistan qalmayacaq“ – İşxanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəyyən ümidlərim var ki, vəziyyəti dəyişmək üçün real imkan yaranıb, çünki vəziyyətimiz doğrudan da ölümcüldür”.

bu sözləri hüquq müdafiəçisi Avetik İşxanyan bildirib.

“Ümid edək ki, bəlkə bu dəfə müxtəlif siyasi qüvvələr, nəinki ictimai xadimlər, Ermənistandakı vəziyyətdən ciddi narahat olan bütün insanlar, kortəbii şəkildə də olsa da, küçələrə çıxacaq, müqavimət hərəkatı başlayacaq. Buna sonradan təşkilati xarakter verilə bilər”.

Hüquq müdafiəçisinin sözlərinə görə, müqavimət hərəkatı yetişsə belə, artıq gecdir, çünki ötən il noyabrın 9-da üçtərəfli bəyanatdan sonra Paşinyan hakimiyyətinə qarşı tədbirlər görülməli idi.

“Lakin müqavimət baş tutmadı və bu gün Sünik (Zəngəzur) artıq təhlükə altındadır. Sünik təhlükəsi isə Ermənistanın sonu deməkdir. Sünikdən sonra dilim dönmür deyim ki, Tavuşu da geri alacaqlar. Ala-ala gəlirlər, bir sözlə, Ermənistan qalmayacaq”.

Ona görə də, bu gün hamı Ermənistanın məhv edilməsinin qarşısını almaq üçün rəğbət və inciklikləri, təhqirləri, keçmiş və indiki təsəvvürləri bir kənara qoymalıdır”, – deyə Avetik İşxanyan bildirib.