Avropa Liqası: Daha altı komanda pley-offa yüksəldibackend

Avropa Liqası: Daha altı komanda pley-offa yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

İkinci oyun günündə daha 6 cavab görüşü keçirilib..

Türkiyə “Fənərbağça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.

“Fənərbağça” ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin “Sürix”, İsveçin “Malmö”, Kiprin AEK (Larnaka) və Yunanıstanın “Olimpiakos” klubları mərhələ adlayıblar.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust

20:00. HİK (Helsinki, Finlandiya) – “Maribor” (Sloveniya) – 1:0
Qollar:
 Santeri Hostikka, 54
İlk oyun – 2:0

21:00. “Slovaçko” (Çexiya) – “Fənərbağça” (Türkiyə) – 1:1
Qollar:
 Ondrjey Şaşinka, 58 – Serdar Dursun, 56
İlk oyun – 0:3

21:00. “Sürix” (İsveçrə) – “Linfild” (Şimali İrlandiya) – 3:0
Qollar: 
Donis Avdiyay, 11; 26. İvan Santini, 84
İlk oyun – 2:0

22:00. “Düdelanj” (Lüksemburq) – “Malmö” (İsveç) – 2:2
Qollar:
 Samir Haci, 56. Danel Sinani, 61 – Məhəmməd Buya Turay, 50. Ula Toyvonen, 52
İlk oyun – 0:3

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Olimpiakos” (Yunanıstan) – 2:2 (ƏLAVƏ VAXTDA – 1:1, PENALTİLƏRLƏ – 3:4)
Qollar:
 İvan Şaponiç, 90+4. Andre Qrin, 108 – Filip Sinkernagel, 54. Məhəmməd Kamara, 101
Qırmızı vərəqə: Mienti Abena, 90+7 (“Slovan”)
İlk oyun – 1:1

23:00. “Partizan” (Serbiya) – AEK (Larnaka, Kipr) – 2:2
Qollar:
 Rikardu Qomeş, 24; 54 – Rafael Lopeş, 52. İmad Farac, 57
İlk oyun – 1:2

Qeyd edək ki, daha əvvəl İrlandiyanın “Şemrok Rovers” klubu Şimali Makedoniyada “Şkupi”yə 2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı – 3:1.