Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarından biri olan Avstraliyada bəzi obyektlərin işçilərinin tətili səbəbindən Avropada təbii qaz qiymətləri 10 faizdən çox bahalaşıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropanın ən dərin dərinliyinə malik Hollandiya mərkəzli virtual təbii qaz ticarət məntəqəsi TTF-də oktyabr ayı forvard qaz müqaviləsi qiyməti dünən 32,75 avro ilə bağlanıb. Qazın qiyməti bu gün 10,5 faiz artaraq 36,2 avrodan ticarətə açılıb.
Avropa qaz bazarlarında qiymət artımı Chevron-un Avstraliyadakı LNG obyektlərində işçilərin iş şəraitinin və maaşların yaxşılaşdırılması tələbi ilə tətil keçirməsi nəticəsində baş verib.
Chevron-un Avstraliyadakı LNG qurğuları qlobal LNG təchizatının təxminən 5 faizini təmin edir.