Avropada ŞOK HADİSƏ: 200 uşaq xərçəng daşıyıcısı olan donordan DOĞULUBbackend

Avropada ŞOK HADİSƏ: 200 uşaq xərçəng daşıyıcısı olan donordan DOĞULUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada 200 uşaq xərçəng daşıyıcısı olan donordan doğulub.

İnterpress.az xəbər verir ki, bu barədə Danimarkanın DR teleradio şirkəti məlumat yayıb. Genetik mutasiyası olan donorun övladlarında xərçəng riski kəskin artıb, donorun özü isə bundan xəbərsiz olub.

Məlumata əsasən, Avropada təxminən 200 uşaq xərçəng xəstəliyinə səbəb olan gen mutasiyasına sahib donordan dünyaya gəlib.

Bildirilir ki, donorun spermalarında TP53 geninin mutasiyası aşkar edilib. Bu mutasiya onu irsən qəbul edən uşaqlarda xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

Maraqlı məqam ondan ibarətdir ki, danimarkalı donorun özü xərçəng xəstəsi deyil və son vaxtlara qədər onda belə bir mutasiyanın olmasından qətiyyən şübhələnməyib.

Xuraman Etibarlı

İnterpress.az