Avropada təbii qazın qiyməti 4,7% düşübbackend

Avropada təbii qazın qiyməti 4,7% düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günün əvvəlindən etibarən Avropada təbii qazın qiyməti min kubmetr üçün 960 ABŞ dollarından aşağı düşüb.

İnterpress.az Londonun ICE birjasına istinadən xəbər verir ki, Niderlandın TTF habında qazın iyun fyuçerslərinin qiyməti min kubmetr üçün 957 ABŞ dollarınadək düşüb.

Ümumilikdə, gün ərzində ucuzlaşma 4,7% təşkil edir.

Hazırda Avropanın yeraltı anbarlarında qaz ehtiyatı 40%-i ötüb. Bu isə oktyabrın 1-dək qarşıya qoyulmuş məqsədin, təxminən, yarısı deməkdir.