Avropa İttifaqı (Aİ) ölkələrində bu ilin birinci yarısında mehmanxana və hostel kimi turizm obyektlərində gecələmələrin sayı COVID-19 epidemiyasından əvvəlki səviyyəni keçib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin birinci yarısında Aİ-yə üzv ölkələrdə turistlərin gecələməsi ilə bağlı məlumat dərc edib.
Müvafiq olaraq, epidemiyadan mənfi təsirlənən Aİ turizm sektoru bu il bərpa olunub.
Bu ilin birinci yarısında Aİ ölkələrində turizm obyektlərində yerləşmələrin sayı son 10 ilin birinci yarısında ən yüksək həddə çatıb.
Pandemiyadan əvvəlki 2019-cu ilin ilk 6 ayında 1 milyard 182 milyon olan turizm obyektlərində gecələmələrin sayı 2023-cü ilin eyni dövründə 1 milyard 193 milyona çatıb.
Belə ki, bu ilin birinci yarısında Aİ ölkələrində turizm obyektlərində gecələmələrin ümumi sayı epidemiyadan əvvəlki 2019-cu illə müqayisədə 11 milyon nəfər çox olub.
Bu ilin ilk 6 ayında gecələmələr ötən illə müqayisədə 12,9 faiz artıb.
Digər tərəfdən, COVID-19 epidemiyası və həyata keçirilən sərt tədbirlər səbəbiylə 2020-ci ildə Avropa İttifaqı ölkələrində turizm dayandı.