Avstraliyada ANOMAL İSTİLƏR: 100 mindən çox ev İŞIQSIZ QALDI – VİDEObackend

Avstraliyada ANOMAL İSTİLƏR: 100 mindən çox ev İŞIQSIZ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada anomal istilər səbəbindən 100 mindən çox ev işıqsız qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə ştatın energetika naziri məlumat yayıb.

Avstraliyada hökm sürən kəskin isti hava şəraiti enerji sistemində ciddi problemlərə yol açıb.

Rəsmi məlumata görə, anomal istilər səbəbindən 100 mindən çox ev və mənzilin elektrik təminatı kəsilib.

Energetika naziri bildirib ki, elektrik şəbəkələrində yaranan həddindən artıq yüklənmə kütləvi kəsintilərə səbəb olub.

Hazırda qəza briqadaları enerjinin bərpası istiqamətində gücləndirilmiş iş rejimində çalışır. Sinoptiklər yaxın günlərdə yüksək temperaturun davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Xuraman Etibarlı

İnterpress.az