21 oktyabr 2023-cü ildə Avstraliyanın Viktoriya əyalətində ictimai yerlərdə “Nasist salamı” qadağan edildikdən sonra sözügedən salamı verməkdə günahlandırılan Yakob Hersantın həbs cəzası gözlədiyi bildirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Avstraliyada “nasist salamı” verməkdə ittiham olunan 24 yaşlı Hersantın məhkəməsi keçirilib.
Viktoriya əyalətində qadağan olunduqdan sonra ictimai yerlərdə “Nasist salamı” verdiyi bildirilən Hersantın 1 ilə qədər həbs cəzası gözlədiyi qeyd edilib.
Dinləmədən sonra mətbuata açıqlama verən Hersant deyib: “Hökumətin qolumu müəyyən bir şəkildə hərəkət etdirdiyim üçün məni həbs etməyə çalışmasının gülünc olduğunu düşünürəm, halbuki biz demokratiyada yaşamalıyıq”.
Bu qərarla Hersant Viktoriyada “nasist salamı” verdiyi üçün həbs cəzası alan ilk şəxs olur.
“Nasist salamı”nın verilməsinə qadağa
Avstraliyanın Viktoriya ştatında 21 oktyabr 2023-cü ildə, yanvarın 8-də isə bütün ölkədə ictimai yerlərdə “nasist salamı”nın verilməsi qadağan edilib.
Qanun çərçivəsində qeyd edilib ki, ictimai yerlərdə nasist salamı verən və ya “Nasist Schutzstaffel (SS)” adlı hərbiləşdirilmiş birləşmə ilə əlaqəli svastika və ya “qara günəş” simvolunu nümayiş etdirən şəxslər 12 aya qədər həbs cəzası ala bilərlər.