Avstraliyada Rusiya vətəndaşına sanksiya tətbiq edilibbackend

Avstraliyada Rusiya vətəndaşına sanksiya tətbiq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada ölkənin ən böyük tibbi sığorta şirkətindən məlumatların oğurlanmasına görə məsuliyyət daşıyan Rusiya vətəndaşı sanksiya siyahısına salınıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Avstraliya Daxili İşlər Nazirliyi 2022-ci ilin sonunda Avstraliyadakı “Medibank” sığorta şirkətinin 9,7 milyon insanını əhatə edən məlumatların oğurlanmasına görə “Aleksandr Ermakov” adlı Rusiya vətəndaşının məsuliyyət daşıdığını və sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Rusiyanın “REvil” adlı haker qrupunun üzvü olduğu bildirilən Ermakovun Avropa, ABŞ və İngiltərədə bir çox məlumat sızmasında əli olduğu bildirilirib.

Daxili İşlər Naziri Clare O’Neil bildirib ki, Medibankın sındırılması ölkə olaraq yaşadığımız ən dağıdıcı haker hadisəsidir.

Avstraliyanın ən böyük tibbi sığorta şirkəti Medibank, cinayətkarların təxminən 10 milyon insanın oğurlanmış məlumatları üçün 9,5 milyon dollar fidyə tələb etdiyini iddia etdi. Şirkət məlumatı geri almaq üçün fidyə ödəməyəcəyini açıqladı.

İİV, alkoqol və narkomaniyadan müalicə olunan və abort etdirən minlərlə xəstənin məlumatlarını oğurlayan hakerlər 9 noyabr 2022-ci il tarixindən etibarən bu insanların müalicə məlumatlarını qaranlıq internetə yükləyiblər.

Medibank baş direktoru David Koczkar da məlumatı oğurlanan müştərilərinə dəstək təklif etdiyini bildirib.

Hakerlərin şəxsi tibbi məlumatların yayılması “Avstraliyadakı ən pis kiber cinayətlərdən biri” kimi təsvir edilmişdir.