Avstraliyada bir kenquru pelotonun ortasında Tour Down Under lideri Cey Vaynı yıxdı.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Avstraliyada keçirilən “Tour Down Under” velosiped yarışında maraqlı və təhlükəli anlar yaşanıb.
Yarışın lideri Cey Vayn pelotonun (əsas qrup) içində hərəkət edərkən kenquru tərəfindən vurulub.
Hadisə yarışın son mərhələsində baş verib. İdmançılar saatda təxminən 50 km sürətlə hərəkət edərkən heyvan qəfildən trasa atılıb. Nəticədə bir neçə velosipedçi yıxılıb.
Lakin bu qəza Cey Vayna mane ola bilməyib. O, dərhal velosipedini dəyişdirib, finişə qədər sürüb və ümumi hesabda yarışın qalibi olub.
İdmançı hadisəni belə şərh edib: “Hamı məndən soruşur ki, Avstraliyada ən təhlükəli şey nədir? Mən həmişə cavab verirəm ki, kenqurudur. Çünki onlar kollarda gözləyir, sonra isə birbaşa qarşına atılırlar”.
Xuraman Etibarlı
İnterpress.az






