Akademik Milli Dram Teatrı koronovirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Axşam.az-a teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.
Onun sözlərinə görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb:
“Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır”.
Zeynallı bildirib ki, həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.