Azərabycan-Ermənistan münasibətlərində növbəti gərginlik: “Ermənistan bu işdə maraqlıdırbackend

Azərabycan-Ermənistan münasibətlərində növbəti gərginlik: “Ermənistan bu işdə maraqlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan üçün Azərbaycan və Türkiyəyə qarşı aqressiv siyasət yürütmək əsas meyardır“.

Bunu son günlər Ermənistanın yenidən Azərbaycana qarşı təxribatçı addımlar atmasına münasibət bildirən politoloq İlyas Hüseynov İnterpress.az-a açıqlamasında deyib. Politoloqa görə, Şuşa ətrafındakı ərazilərin atəşə tutulması çox narahatverici məqamdır:

“Digər məqam məhz Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədən Azərbaycan mövqelərinin atəşə tutulmasıdır. Bir sutka sonra Ermənistan-Naxçıvan sərhədində atışma baş verib və hərbçimiz yaralanıb. Bu hadisələr fonunda atəşkəs rejiminin pozulması Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsinə xidmət edir. Qeyd olunan təxribatçı hərəkətlər isə Ermənistan tərəfindən həyata keçirilir. Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilsə də, hökumət tam olaraq formalaşmayıb. Xarici İşlər Nazirliyi tamamilə başsız qalıb. İstənilən halda Ermənistan bölgədə gərginliyin artmasında maraqlıdır.

Azərbaycanın dayanıqlı sülhdən, sərhədlərin qarşılıqlı surətdə tanınmasından, nəqliyyat infrastrukturunun bərpasından, iqtisadi prioritetlərin müəyyənləşdirilməsindən, Zəngəzur Dəhlizinin istifadəyə verilməsindən və konstruktiv əməkdaşlıqdan danışdığı zamanda Ermənistanın təxribatçı hərəkətləri onu göstərir ki, bu dövlətin birgə-yaşayış qaydasından xəbəri yoxdur. Ermənistan üçün Azərbaycan və Türkiyəyə qarşı aqressiv siyasət yürütmək əsas meyardır. Bu, Ermənistanın siyasi dalana dirənməsi ilə yekunlaşacaq. Ermənistanda düşünən beyinlər varsa, onlar hazırkı siyasi gedişatın çıxış yolu olmadığının fərqinə varmalıdırlar. Ermənistanda siyasi vəziyyətin stabilləşməsi Azərbaycanın şərtlərinin qəbul olunmasından keçir. Bu fonda Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün şərait yaradılmalıdır”.

Gülşən

İnterpress.az