Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələdə: Əməkdaşlıq bizə nə vəd edir? – Deputat rəyibackend

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələdə: Əməkdaşlıq bizə nə vəd edir? – Deputat rəyi  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər yeni strateji mərhələyə daxil olur”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov qeyd edib.

Deputat hesab edir ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Belə ki, İttifaqın bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür:

“Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur. Ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamasından sonra bu qurum ilə Azərbaycanın əməkdaşlığı daha da dərinləşməkdədir. Digər tərəfdən, Azərbaycan iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi çərçivəsində 2021-ci ildə Avropaya 5 milyard kub metr mavi qaz nəql ediləcək. Bu dəhliz çərçivəsində birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan növbəti uzun müddətli dövrdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə verə biləcək”.

Veqar Bayramov vurğulayıb ki, 44 günlük Vətən Savaşında əldə edilən zəfərdən sonra Avropa İttifaqının regionda komunikasiyaların açılmasında rolunun gücləndirilməsi vacibdir:

“Azərbaycan Prezidentinin “indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq” bəyanatı da ölkəmizin regionda dayanıqlı sülhdə maraqlı olduğunu təsdiq edir. Kommunikasiyaların bərpası Ermənistan üçün yeganə xilas yolu olmaq yanaşı kifayət qədər həssas olan Cənubi Qafqaz üçün sülh kontekstindən yeganə alternativlərdəndir. Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq və məcbur etmək üçün Avropa İttifaqı kifayət qədər böyük imkanlara və potensiala malikdir və bundan da istifadə olunması olduqca vacibdir. Eyni zamanda torpaqlarımız işğaldan azad olunduqdan sonra Avropanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi imkanları kifayət qədər genişdir. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında regional ölkə olaraq mühim rola malikdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Kommunikasiyaların paralel bərpası istiqamətində də Avropa İttifaqı xüsusi rola malik ola bilər.

Füzuli, Zəngilan və Laçındakı beynəlxalq hava limanların açılması ilə cəmi iki ilə Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatmasından və eləcə də yükaşırma qabiliyyəti 10 milyon ton olan və bu imkanın 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının istifadə verilməsindən sonra tərəflər arasında beynəlxalq yükdaşımalar sahəsində yeni əməkdaşlıq imkanları yaranacaq. Avropa İttifaqının yeni təşəbbüsləri regiondan dayanıqlı sülhün formalaşdırılması baxımdan çox vacibdir”.

Gülşən

İnterpress.az