Azərbaycan-Ermənistan gərginliyində Moskva faktoru: “Rusiya vasitəçidən hakimə çevrilib”backend

Azərbaycan-Ermənistan gərginliyində Moskva faktoru: “Rusiya vasitəçidən hakimə çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün məsələlərdə son söz artıq Rusiyaya aiddir”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı açıqlama verərkən “vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb” mesajını dəyərləndirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Rusiyanın vasitəçilik missiyası hələlik ölkəmiz üçün faydalı olsa da, bu gedişatın gələcəkdə necə davam edəcəyi sual altındadır:

“Putinin sözlərində çox böyük həqiqət var. İkinci Qarabağ Müharibəsindən əvvəl Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri idi. 44 günlük müharibədən sonra Rusiya prezidenti Vladimir Putin, Azərbayan prezidenti İlham Əliyev və Ermənistan baş naziri tərəfindən imzalanan 9 noyabr 2020-ci il bəyanatından sonra Rusiya vasitəçidən hakimə çevrilib. Bütün məsələlərdə son söz artıq Rusiyaya aiddir. Rusiyanın təklifi və təşəbbüsü artıq müzakirə olunmadan qəbul olunur. Bu, hələlik Azərbaycanın maraqlarına zərər verməyib. Amma gələcəkdə də Azərbaycanın maraqlarını nəzərə alacağını təminatı yoxdur. Günlərin birində, məsələn  Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ermənilərin xeyrinə dəyişmə ehtimalı çox yüksəkdir. Azərbaycan cəmiyyətindəki narahatlıq da bununla bağlıdır”.

Gülşən