Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdibackend

Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.

86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla üz-üzə gəlib.

İlk hissədə 4:5 hesabı ilə geridə olan Abakarov ikinci yarıda geridönüş edə bilib. Mxitaryanı 8:5 hesabı ilə məğlub edən güləşçi bürünc medal uğrunda görüşdə Slovakiya pəhləvanı Boris Makoyevə rəqib olub.

Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

İnterpress.az