Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
İnterpress.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.06 ABŞ dolları və ya 1.42% artaraq 75,49 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,43 dollar təşkil edib.