Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.
“İnterpress.az” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
R.Məmmədov C.Yılmaza yeni vəzifəsində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.