Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.
Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edilib.
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Türkiyənin Antalya şəhərində keçirilən görüşü ilə bağlı mətbuat məlumatı
➡️https://t.co/qgBjx1it2I
–
Press release on the meeting of the Ministers of Foreign Affairs of Azerbaijan and Armenia, held in Antalya, Türkiye… pic.twitter.com/1z5aMOrnUx— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 12, 2025