Azərbaycana gələn Rusiya vətəndaşları geri qaytarıla bilər? – AÇIQLAMAbackend

Azərbaycana gələn Rusiya vətəndaşları geri qaytarıla bilər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiya Müdafiə Nazirliyi Rusiyanı tərk etmiş vətəndaşların məcburi geri qaytarılması üçün Qazaxıstan, Azərbaycan, Gürcüstan və digər ölkələrin dövlət orqanlarına müraciət etmədiyini bildirib.

İnterPress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Rusiyanı tərk etmiş vətəndaşların məcburi şəkildə Rusiyaya qaytarılması məsələsinə gəlincə, Rusiya Müdafiə Nazirliyi Gürcüstan, Azərbsycan, Qazaxıstan və digər ölkələrin dövlət qurumlarına heç bir müraciət göndərməyib, hazırlamayıb və göndərmək niyyətində deyil”, – Rusiya Müdafiə Nazirliyi bildirib.

Bu gün Qazaxıstanın daxili işlər naziri Marat Axmejanov bildirib ki, Rusiya vətəndaşları axtarışda olduqları təqdirdə Rusiyaya təhvil veriləcək.

Xatırladaq ki, Putinin qismən səfərbərlik elan etməsindən sonra ruslar Qazaxıstan və Gürcüstana axışır. Sentyabrın 21-dən Lars keçid məntəqəsində uzun növbələr yaranıb. Daxili işlər naziri Vaxtanq Qomelauri bu gün bildirib ki, hər gün 10 min Rusiya vətəndaşı ölkəyə daxil olur.