Azərbaycana qeyri-qanuni yolla dərman keçirilməsinin qarşısı alındı – FOTObackend

Azərbaycana qeyri-qanuni yolla dərman keçirilməsinin qarşısı alındı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkarlayıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Mercedes-Benz” və “DAF” markalı yük avtomobilləri saxlanılıb.

Belə ki, nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, müxtəlif adlarda olan 59 280 kapsul qida əlavələri, onlara məxsus boş qutular, 1 220 həb, 300 ampula dərman preparatları və 60 ədəd tibbi şam aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.