Azərbaycanda ağır qəza: yaralılar varbackend

Azərbaycanda ağır qəza: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Samux rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Alıuşağı kəndində, körpü yaxınlığında qeydə alınıb. Hərəkətdə olan VAZ və “Opel” markalı avtomobilər toqquşub.

Daha sonra avtomobillərdən biri “Moskviç” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 3-ü bir ailənin üzvlü olmaqla 4 nəfər xəsarət alıb. Onlar hadisə yerinə çağrılan 4 təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.