Azərbaycanda bir gündə səkkiz nəfər koronavirusdan öldü – FOTObackend

Azərbaycanda bir gündə səkkiz nəfər koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 040 nəfər müalicə olunaraq sağalıb, 4 921 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 4 171 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 649, bu günə qədər isə ümumilikdə 3 523 638 test icra olunub.

 

 

 

İnterpress.az