Azərbaycanda bu kolleclər yenidən təşkil olunurbackend

Azərbaycanda bu kolleclər yenidən təşkil olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə , Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.