Azərbaycanda dəhşət: güclü külək məktəbin damını uçurdu, dərslər dayandırıldıbackend

Azərbaycanda dəhşət: güclü külək məktəbin damını uçurdu, dərslər dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik tədbirdləri ilə əlaqədar olaraq Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb.

Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən  bildirilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək. Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək.

Qeyd edək ki, bu gün əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.