Azərbaycanda həbsdə olan 7 nəfər Gürcüstan vətəndaşı əfv olunub – SİYAHIbackend

Azərbaycanda həbsdə olan 7 nəfər Gürcüstan vətəndaşı əfv olunub – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 14 nəfər xarici ölkə vətəndaşı əfv edilib.

İnterpress.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb. Əfv olunanlar arasında 7 nəfər Gürcüstan vətəndaşı da var. Sözügedən şəxslərin siyahısını aşağıda sizə təqdim edirik: ● Osmanov Roman Şaliko oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 20 may tarixli hökmü ilə məhkum edilmişdir. ● Ramazanov Kurban Vəli oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilmişdir. ● Vəliyev Mehralı Kamil oğlu, 1976-cı ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 yanvar tarixli hökmü ilə məhkum edilmişdir. ● Məsimov Şahbədin Məsim oğlu, 1957-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir. ● İsmailov İsmail, 1994-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir. ● İsayev İlham Qasım oğlu, 1981-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1 nəfər Gürcüstan vətəndaşının isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb: ● Əhmədov Tafdıq Camal, 1958-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.