“Azərbaycanın etnik ermənilərin inteqrasiyası üçün atdığı addımlar…”backend

“Azərbaycanın etnik ermənilərin inteqrasiyası üçün atdığı addımlar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Humanitar fəlakət anlayışları erməni nağıllarının davamıdır”.

Bu sözləri Şuşa-Xankəndi yolundakı aksiyada səslənən tələbləri şərh edən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakının Qarabağ ermənilərinə konstitusion hüquqlar tanıması üçün onlar özlərini Azərbaycan vətəndaşı kimi aparmalıdır:

“Qarabağdakı qanunsuz erməni hərbi dəstələri çıxarılmalı, Rusiya sülhməramlı kontingenti erməni milyarderlərlə əlbir olub təbii sərvətləri talamamalıdırlar. Təbii ki, qərəzli və hikkəli olanı dəlillə, sübutla, bəyanatla yola gətirmək çətindir. Çünki belələrinin siyasi xəmiri instinktiv nifrət mayası ilə yoğrulub.
Bu dəfə Qarabağda guya humanitar böhranın yaşandığı ilə bağlı ifaya Kanada və Litva da qoşularaq səslərini ucaltdılar. Kanada bəllidir, o da erməni məsələsi ilə bağlı əsatirlərin dünyaya çatdırılması missiyasını yerinə yetirir. Litvaya gəlincə, bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycanda Dağlıq Qarabağ adında ərazi vahidi olmadığını hələ bilmir.

Azərbaycan humanitar məqsədlər üçün Qarabağa girişi əngəlləmir. Azərbaycanlı fəallar dinc aksiya keçirirlər, yolu bağlayan isə Rusiya sülhməramlılarıdır. Lakin başqa zaman oxları Moskvaya tuşlayan ölkələr bunu da dilə gətirmirlər. Humanitar fəlakət anlayışları erməni nağıllarının davamıdır. Azərbaycanın Qarabağdakı etnik ermənilərin inteqrasiyası üçün atdığı addımları görməzdən gəlib dünyanı əfsanələrə inandırmaq cəhdləri hələ də səngiməyib. Qərbdəki çevrələr tezislərini dəyişib Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi ideyalarına köklənsələr, yaxşı olar. Bu, onların öz ölkələri üçün də xeyirlidir”.