Azərbaycanın fəxri həkimi vəfat etdibackend

Azərbaycanın fəxri həkimi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dostenti Svetlana Əliyeva vəfat edib. S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun (indiki Azərbaycan Tibb Universiteti – red.) müalicə-profilaktika fakültəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun “İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.

1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.

1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə “fəxri həkim” adına layiq görülüb.

S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən “Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.