Xəbər verdiyimiz kimi, Azərbaycandan bir qrup heyət Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirmək üçün Türkiyədə səfərdədir.
Səfər çərçivəsində millət vəkilləri Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova və “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) baş ofisini ziyarət ediblər.
Heyət TİKA sədri Serkan Kayalar tərəfindən qəbul edilib.
Görüş zamanı TİKA-nın Azərbaycanda reallaşdırdığı layihələr yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilməsi planlaşdırılan bəzi layihələrlə bağlı müzakirələr aparılıb.
T. Rüstəmxanlı heyət adından Serkan Kayalara səmimi qəbul üçün təşəkkür edib.