Azərbaycanlı idmançı Olimpiya Oyunlarının finalındabackend

Azərbaycanlı idmançı Olimpiya Oyunlarının finalında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tokio-2020-də yunan-Roma güləşində 67 kq çəki dərəcəsində kişilərin mübarizəsinə start verilib.

 

İnterpress.az xəbər verir ki, Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finala kimi irəliləməyi bacarıb.

 

22 yaşlı güləşçi 1/8 finalda Fredrik Byerrehuusu (Danimarka), 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Nəsibovun finaldakı rəqibi İran idmançısı Məhəmməd Reza Qerayi olacaq. Görüş sabah keçiriləcək.

 

Qeyd edək ki, Pərviz Ağstafa rayonundan doğulub. Onun ailəsi 6 yaşı olarkən Ukraynaya köçüb.