“Qəbələ” idman klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasova “Toyota” markalı avtomobil hədiyyə edib.
İnterPress.az xəbər verir ki, buna səbəb onun Azərbaycana dördüncü dəfə “AMC Fight Nights” kəmərini gətirməsidir.
Qeyd edək ki, 12 döyüşdür məğlub olmayan Nəriman Abbasov “Qəbələ” İdman Klubunun üzvüdür.